16.2.08

Azərbaycan Müdafiə Nazirliyinin sözçüsü: “Beynəlxalq təşkilatlar ermənilərin atəşkəs rejiminə əməl etməsinə nəzarəti gücləndirməlidir”

[ 16 Fevral 2008 11:51 ]

Bakı. Məhbubə Qasımbəyli-APA. "Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xətində atəşkəs rejimi intensiv pozulduqda hər iki tərəfdən itkilər olur".



Bunu APA-nın Azərbaycan Ordusunun əsgəri Qurbanov Arzuman Ramiz oğlunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olması faktı ilə bağlı sualına cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib. E. Sabiroğlu bildirib ki, atəşkəsin pozulması nəticəsində yalnız Azərbaycan tərəfindən itkilər olması barədə deyilənlər doğru deyil: "Mən ermənilərin özlərinin təsdiq etdiyi bir faktı xatırlatmaq istəyirəm. Ermənistanın hərbi prokuroru Armen Xaçaturyan Baş Prokurorluğun ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasındakı çıxışı zamanı bildirib ki, 2007-ci ildə Ermənistan ordusunda qeydə alınmış 75 ölüm faktından 27-si cəbhə xətində Azərbaycan Ordusunun əsgərlərinin açdığı atəş nəticəsində baş verib".
E. Sabiroğu bildirib ki, atəşkəs rejiminin intensiv pozulduğu bir zamanda münaqişənin sülh yolu ilə həllini istəyən beynəlxalq təşkilatlar ermənilərin atəşkəs rejiminə əməl etməsinə nəzarəti gücləndirməlidirlər: "Bu məsələdə ATƏT təmsilçisi Anjey Kaspşikin üzərinə çox iş düşür. Göründüyü kimi, təmas xəttində ayda 1-2 monitorinq keçirmək heç bir fayda vermir. Düşünürəm ki, daha təsirli vasitələrə əl atılmalıdır".

APA, http://www.apa.az/news.php?id=88286

No comments:

Post a Comment