
[ 15 Fevral 2008 18:27 ]
Bakı. Laçın Sultanova, Məhbubə Qasımbəyli-APA. Azərbaycandakı yəhudi təşkilatları yerləşdikləri ərazilərin mühafizəsinin gücləndirilməsi xahişi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. Bu barədə APA-nın sorğusunun cavabında Azərbaycanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Nazirlikdən onu da deyiblər ki, artıq müraciətə müsbət cavab verilərək, təhlükəsizliyin gücləndirilməsi barədə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, bu gün Yəhudi Xəbərləri Agentliyi (Agenstva Yevreyskix Novostey) İsrailin Azərbaycandakı səfirliyinə istinadən ölkədəki yəhudi təşkilatlarının müraciətinə əsasən, Azərbaycanın hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirlərini gücləndirməsi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, mühafizə tədbirlərinin gücləndirilməsi şiə döyüşçülərinin lideri İmad Muqniyanın Dəməşqdə öldürülməsindən sonra yəhudilərin müxtəlif ölkələrdəki səfirlik və təşkilatlarına təhlükənin artması ilə əlaqədardır. Lakin təhlükələrə baxmayaraq, İsrailin Azərbaycandakı səfirliyi, eləcə də yəhudi təşkilatları fəaliyyətlini davam etdirir.
Onu da əlavə edək ki, İsraildə də təhlükəsizlik tədbirləri maksimum gücləndirilib.
APA, http://apa.az/news.php?id=88242
No comments:
Post a Comment