Rusların yaxşı bir sözü var: "выдавать желаемое за действительное", ingilislərdə də oxşar kəlimə var "wishful thinking". (Azərbaycan dilində təəssüf ki, belə bir kəlimə bilmirəm, ən azından dildə geniş işlənilmir). Aşağıdakı məqalə müəllifinin yazdıqlarına ancaq belə qiymət vermək olar.
Qarabağın Kosovo ilə münasibətdə Abxaziya, Cənubi Osetiya və Dnestryanı münaqişələrilə bir kontekstdə çəkilməməsi heç də "Azərbaycan diplomatiyasının uğuru" deyil. Dünya ictimaiyyəti yuxarıda sadalanan münaqişələrin həllində ərazi bütövlüyünün qorunmasını əsas tutduğu halda, Qarabağ münaqişəsində birmənalı mövqe tutmaqdan hələ də çəkinir. Rusiyaya gəldikdə isə, Putinin Qarabağın adını çəkməməsi, hələ Rusiyanın öz "forpostu" Ermənistanı dəstəkləmək siyasətindən çəkinməsi demək deyil. Odur ki, məsələlərə bir az real baxmaq lazımdır.
Qəribə səslənə bilər, amma mən əslində istərdim ki, Qarabağın adı da, bu kontekstdə çəkilsin. Bəlkə onda, Rusiyaya təpki göstərən dünya ictimaiyyəti, post-Sovet məkanındakı adları çəkilmiş digər etnik-ərazi münaqişələri ilə yanaşı, Qarabağ münaqişəsinə də eyni münasibət göstərərdi...yenə də "wishful thinking"?
http://aznewscollector.blogspot.com/2008/02/blog-post_3346.html yazısına cavab olaraq
No comments:
Post a Comment