16.2.08

«Ilk dəfədir ki, Azərbaycanla PKK barədə danışırıq»

Conatan Henik: «Müzakirə olunan məsələlər içərisində «əl-Qaidə» də var» "Indiyə qədər bir sıra Avropa ölkələri ilə PKK məsələsini müzakirə etmişik. Azərbaycanla ilk dəfədir ki, bu barədə danışırıq". Bunu "Azadlıq" radiosuna ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin başçısı Conatan Henik deyib. Diplomat bildirib ki, hazırda danışıqlar məlumat toplamaq xarakteri daşıyır. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin terror məsələsi üzrə əlaqələndiricisinin birinci müavini - Dövlət katibinin müşaviri Frenk Urbançik Bakıda səfərdədir. C.Henik deyib ki, F.Urbançikin ölkə rəsmiləri ilə görüşlərində başqa məsələlər də müzakirə olunur: "Söhbət enerji infrastrukturunun təhlükəsizliyindən gedir. Müzakirələrdə həmçinin iki ölkənin terrorçuluqla mübarizədə əməkdaşlığının bütün aspektlərinə toxunulur. Bu məsələlərin içərisində "əl-Qaidə" də var".

Azadlıq, 16 fevral 2008-ci il
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203126007&archive=&start_from=&ucat=1

No comments:

Post a Comment