"Ter-Petrosyan Kəlbəcəri qaytarmaq üçün təzyiq edirdi"

Ermənistanda sona çatmaqda olan seçki kampaniyası həm də eks-prezident Levon Ter-Petrosyanın və indiki hakimiyyətin Qarabağ məsələsində bir-birini ifşa edən bəyanatları ilə yadda qalacaq. Xatırladaq ki, Ter-Petrosyan siyasətə dönüşündən sonra bu məsələdən prezident Robert Köçəryana və baş nazir Serj Sərkisyana qarşı geniş istifadə edir. O, Ermənistanın indiki hakimiyyətini 10 il ərzində Qarabağ münaqişəsinin həllinə mane olaraq ölkənin gələcəyini fəlakət qarşısında qoymaqda ittiham etmişdi.
Bir neçə gün əvvəl isə eks-prezident bəyan edib ki, Köçəryan və Sərkisyan 1999-cu ildə Dağlıq Qarabağın Mehriyə dəyişdirilməsini nəzərdə tutan ərazi mübadiləsi planını Azərbaycanla imzalamağa hazır idi. Onun sözlərinə görə, keçmiş baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan bu plana qarşı çıxdıqları üçün öldürülüb. Belə görünür, hakimiyyət də bu ittihamlardan sonra əsas rəqibini Qarabağ kartı ilə "vurmaq" qərarına gəlib. Bir gün əvvəl prezident Robert Köçəryan Ermənistanın 4 telekanalı ilə eyni vaxtda yayımlanan müsahibəsində Ter-Petrosyanı kəskin tənqid edərək onun vaxtilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarının işğalına qarşı çıxdığını açıqlayıb.
Köçərayn deyib ki, o hələ Dağlıq Qarabağın özünümüdafiə komitəsinin rəhbəri olarkən Ter-Petrosyanla aralarında kəskin ziddiyyətlər olub. "Ziddiyyətlər o qədər kəskin idi ki, münasibətləri bir daha bərpa etməyin qeyri-mümkün olduğu təəssüratı yaranırdı"- deyə o bildirib. Onun sözlərinə görə, Ter-Petrosyanla əsas ziddiyyətlər münaqişənin nizamlanması ətrafında yaranıbmış. Köçəryana görə, o vaxt İrəvanın bu mövqeyindən elə başa düşülürdü ki, Ermənistan Dağlıq Qarabağın arxasında dayanmır, bu isə Xankəndiyə daha geniş beynəlxalaq təzyiqlərə səbəb olurdu. Köçəryan deyib ki, Ter-Petrosyanla Dağlıq Qarabağ ətrafında "təhlükəsizlik zolağı" yaradılması məsələsində ziddiyyətlər daha radikal xarakter alıbmış.
"1993-cü ildə Kəlbəcərin tutulmasından iki ay sonra, iyunun 12-də Gorusda görüş təşkil olundu. Həmin görüşdə Ter-Petrosyan və Ermənistanın Təhlükəsizlik Şurasının bir neçə üzvü, mən, Arkadi Qukasyan və Dağlıq Qarabağın Ali Sovetinin nümayəndələri iştirak edirdi. Danışıqlar olduqca ağır keçirdi, çünki görüşün məqsədi bizi Kəlbəcəri boşaltmağa razı salmaq idi. Lakin biz bu təzyiqlərə məhəl qoymadıq və Kəlbəcəri boşaltmaqdan imtina etdik" - deyə Köçəryan bildirib. Onun sözlərinə görə, bu görüşdən iki gün sonra Ter-Petrosyan vertolyotla Dağlıq Qarabağa gəlib və Ali Sovetin sədri Georgi Petrosyanla görüşüb: "Kəlbəcərin qaytarılması haqda danışıqlar davam etdi, o bizə təzyiq edirdi, hədələyirdi ki, Kəlbəcəri boşaltmasaq, Ermənistanı məhv edəcəklər".
Köçəryan əlavə edib ki, həmin görüşdən sonra Dağlıq Qarabağ Kəlbəcərin qaytarılmasına razılıq verdi, ancaq Kəlbəcərin sərhədlərində mövqelərini möhkəmləndirmək və əlavə təhlükəsizlik tədbirləri görmək üçün iki ay vaxt istədi. "Lakin Ter-Petrosyan İrəvana dönəndən sonra biz Ağdamın götürülməsi planını hazırlamağa başladıq. Ağdamın tutulması əməliyyatının uğurla başa çatmasından sonra Kəlbəcər haqda İrəvanda birdən-birə unutdular və Ağdamın qaytarılması haqda danışıqlar başladı. İrəvan qərar qəbul etdi ki, Dağlıq Qarabağ ətrafında yeni ərazilərin tutulması yolverilməzdir, bu qərarı Dağlıq Qarabağa göndərdilər ki, tanış olaq və imzalayaq. Lakin biz bu sənədi imzalamaqdan imtina etdik".
Köçəryanın sözlərinə görə, bu olduqca ciddi münaqişə idi: "Sonra biz Füzulini, başqa əraziləri tutduq. Bizim bütün şanlı qələbələrimiz bu cür əldə edilib". Ermənistan prezidenti onu da deyib ki, əgər bütün bu rayonlar tutulmasaydı, atəşkəs də əldə edilməzdi. O, həmin vaxt ermənilərin işğal planlarının bununla yekunlaşmadığını da açıqlayıb: "Əgər o vaxt İrəvandan təzyiqlər olmasaydı, bu gün Dağlıq Qarabağın mövqeləri daha möhkəm olardı".
Köçəryan müsahibəsində seçiciləri Serj Sərkisyana səs verməyə çağırıb. O, Ter-Petrosyan uğursuz prezident sayıb və Azərbaycanla ərazi mübadiləsi planlarının müzakirə olunduğu haqda ittihamları təkzib edib. Deyib ki, heç vaxt erməni ərazilərinin bir qarşısını da dəyişmək fikrində olmayıb. Köçəryan Ter-Petrosyanın onun 1999-cu ildə parlamentdəki terrorun təşkilatçısı olması haqda ittihamlarını da "əxlaqdan kənar" adlandırb.
Azərbaycanın yaxın tarixinə bələd olanlar yaxşı bilirlər ki, 90-cı illərin əvvəllərində Qarabağın işğalı zamanı Ermənistanın o vaxtkı rəhbərliyi və Qarabağ erməniləri əslində oyuncaq kimi istifadə edilib. Məsələn, Ter-Petrosyan 1992-ci ildə Tehranda Azərbaycan tərəfi ilə atəşkəs haqda razılıq əldə edəndən bir gün sonra ermənilər Şuşanı tutmuşdular. 1993-cü ildə o vaxt hakimiyyətə yeni gələn Heydər Əliyev isə çıxışlarından birində demişdi ki, Ter-Petrosyanla telefonla danışıb və o əmin edib ki, erməni qüvvələri Ağdama hücum etməyəcək. Lakin az sonra erməni qüvvələri Ağdamı zəbt etdilər. İndi Robert Köçəryan həyasızcasına erməni işğalının çoxlarının bilmədiyi detallarını açıqlayır və bir daha təsdiq olunur ki, Azərbaycan ərazilərinin işğalı əslində İrəvanda yox, Moskvada planlaşdırılıb. Robert Köçəryan və onun hazırda İrəvanda hakimiyyətdə olan komandası isə Moskvanın tulaları qismində bu planı icra ediblər.
Ötən 10 il ərzində isə Köçəryan və komandası münaqişənin həllinə mane olmaqla Moskvaya imkan yaradıblar ki, regiona təsir üçün önəmli rıçağı əldə saxlasın. İndi isə Moskva İrəvanda hakimiyyətin Sərkisyana ötürülməsi planına dəstək verir və çalışır ki, həmin siyasətini davam etdirsin.
F.MƏMMƏDOV
Yeni Müsavat, 18 fevral 2008-ci il
http://www.musavat.com/site/shownews.php?news_id=30970

No comments:
Post a Comment