"Son vaxtlar cəbhə xəttində atəşkəsin pozulması intensivləşib". APA-nın Qarabağ bürosunun məlumatına görə, bunu fevralın 14-də qoşunların təmas xəttində monitorinq keçirən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik jurnalistlərə açıqlamasında deyib. A.Kaspşik bildirib ki, buna görə təmsil etdiyi qurum monitorinqləri davam etdirəcək. Azərbaycan və Ermənistan tərəfə vəziyyətlə bağlı xəbərdarlıq edildiyini deyən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi bundan sonra vəziyyətin sabitləşəcəyinə ümid etdiyini söyləyib: "Təmas xəttinə yaxın yerlərdə yaşayan sakinlərin vəziyyəti daha acınacaqlıdır. Torpaq sahələrində işləyən kəndlilər həyatlarını riskə atırlar". A.Kaspşik deyib ki, tərəflər atəşkəsi pozmaqda bir-birini ittiham edir: "Təmas xəttində gizli monitorinq keçirə bilmək üçün mənə xüsusi mandat verilməlidir. İndiki halda monitorinq barədə hər iki tərəfə məlumat verməyə məcburam".
525-ci qəzet, 15 Fevral 2008-cı il N 28(2619)
http://www.525.az/new/2008/02/15/read=25703
No comments:
Post a Comment