Azərbaycanın "Sərbəst toplaşmaq haqqında" qanununa əlavə və dəyişikliklər martda Milli Məclisin müzakirəsinə çıxarılacaq. Bu barədə APA-ya açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. Aparat rəhbəri qanuna ediləcək əlavə və dəyişikliklərlə bağlı Avropa Şurasının Venesiya Komissiyasından və digər beynəlxalq təşkilatlardan müsbət rəy alındığını deyib. Onun sözlərinə görə, "Sərbəst toplaşmaq haqqında" qanuna əlavə və dəyişikliklər olunması üçün heç bir maneə yoxdur. S.Mirzəyev sənədin mart ayında parlamentin müzakirəsinə çıxarılacağını və yaz sessiyasında qəbul olunacağını bildirib.
515-ci qəzet, 15 Fevral 2008-cı il N 28(2619)
http://www.525.az/new/2008/02/15/read=25705
No comments:
Post a Comment