15.2.08

Fərhad Əliyevin ürəyinə aparat qoşublar


Səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev nəhayət ki, dünən Ədliyyə Nazirliyinin Tibb Baş Idarəsinin dəvət etdiyi iki kardioloq tərəfindən müayinə olunub. Bu barədə "Azadlıq"a keçmiş nazirin vəkili Isaxan Aşurov məlumat verib. Vəkilin sözlərinə görə, həkimlər Fərhad Əliyevin bədəninə holter-monitor adlanan aparat qoşublar: "Holter-monitor ürəyin sutkalıq monitorinqini aparmaq üçündür. Aparat sabah (bu gün) səhərə qədər Fərhad Əliyevin bədəninə qoşulu vəziyyətdə qalacaq. Bu aparat daimi ürəyin koordiaqrammasını çəkir, ürəyin qan təzyiqini ölçür". Aparatın qoşulmasının müalicə kursunun bir elementi olduğunu deyən Isaxan Aşurov onu da bildirdi ki, sutkalıq müayinənin nəticəsi bu gün məlum olacaq. Fərhad Əliyev öz həkimləri tərəfindən müayinə olunmasını tələb edirdi. Bu məsələyə gəlincə, Isaxan Aşurov deyir ki, onun həkimlərinin biri ingilis, biri də iranlıdır, üçüncüsü isə Azərbaycanda işləyir. Müdafiəçinin sözlərinə görə, əcnəbi həkimlərin Müalicə Müəssisəsinə buraxılması məsələsi həll edilməyib. Yerli həkimlə bağlı edilən müraciətlərə də hələ ki, heç bir reaksiya verilməyib. Fərhad Əliyevin ümumi əhval-ruhiyyəsinə gəlincə, Isaxan Aşurov müdafiə etdiyi şəxsin vəziyyətinin qənaətbəxş olmadığını qeyd edib. Aytən

Azadlıq, 15 fevral 2008-ci il

http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203041352&archive=&start_from=&ucat=4

No comments:

Post a Comment