"Doğrudan da, mənə ad vermək lazımdırsa, gərək "xalq mitinq ustası" adı verilsin". ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazovun onunla bağlı fikirlərini belə şərh edib. S.Cəlaloğlu Azərbaycan müxalifətində ən çox kütləvi aksiyalara rəhbərlik edən siyasətçi olduğunu söyləyib: "Niyə görə "əməkdar mitinq ustası" olmalıyam? Adətən bu cür fəxri adlar insanların fəaliyyət sahəsindəki əməyinə görə verilən qiymətdir. Bu, mənə dostyana deyilən bir sözdür. Ona görə də bu sözdən çox xoşum gəldi. Bu sözdə heç bir ironiya görmürəm. Mənim bu fəaliyyət sahəsində əməyim çox böyükdür. Ona görə də, burada istehza ilə əlaqədar aid bir şey yoxdur". Qeyd edək ki, E.Namazov Sərdar Cəlaloğluna "əməkdar mitinq ustası" adını verməyin daha məqsədəuyğun olduğunu söyləmişdi.
525-ci qəzet, 15 Fevral 2008-cı il N 28(2619)
http://www.525.az/new/2008/02/15/read=25716
No comments:
Post a Comment