17.3.08

Novruz Məmmədov: “Ola bilsin ki, Serj Sərkisyan Azərbaycan prezidenti ilə görüş keçirməyi özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir

[ 17 Mart 2008 17:51 ]

Bakı. Laçın Sultanova - APA. Azərbaycan tərəfi Buxarestdə baş tutacaq NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinə qərar verməyib.



Bu barədə APA-ya Prezident Aparatının beynəlxalq münasibətlər şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib: "Ola bilsin ki, bu gün Serj Sərkisyan bu görüşü özünə müəyyən mənada legitimlik qazandırmaq üçün təklif edir. Buna görə də görüşün baş tutub-tutmaması barədə hələlik konkret qərar yoxdur".

http://apa.az/news.php?id=91228

No comments:

Post a Comment