15.2.08

Əliyevin səsini dinləyənin məhkəməsi başladı

Ağır Cinayətlərə Dair Işlər üzrə Hərbi Məhkəmədə hakim Mürsəl Əliyevin sədrliyi ilə "Azərbaycan Hava Yolları" Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi Idarəsinin rəisi Emil Süleymanov və daha 4 nəfərin barəsində cinayət işi üzrə qapalı məhkəmə baxışı başlayıb. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə dövlət ittihamçısı Toğrul Babayev ittiham aktını elan edib. Məhkəmə prosesi fevralın 25-də davam etdiriləcək. Qeyd edək ki, məhkəmədə E.Süleymanov, idarənin Operativ Idarəetmə Xidmətinin rəisi Tamerlan Mikayılov, xidmətin mühəndis-elektronçusu Tahir Əsədzadə, idarənin mühəndis-proqramçısı Faiq Quliyev və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Rafət Əliyevin barəsində başlanmış cinayət işi araşdırılır.

Azadlıq, 15 fevral 2008-ci il
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203042262&archive=&start_from=&ucat=2

No comments: