16.2.08

PKK terrorçuları Laçın və Füzuliyə köçürülür

Israil xüsusi xidmət orqanları PKK-çıların erməni işğalı altında olan torpaqlarımızda cəmləşdiyini təsdiqləyib Türkiyə Silahlı Qüvvələrinin ölkənin Iraqla həmsərhəd bölgələrində PKK terror təşkilatına qarşı keçirdiyi əməliyyatlardan sonra terrorçular Ermənistanda və erməni işğalında olan Azərbaycan torpaqlarında cəmləşməyə başlayıblar. APA-nın Türkiyənin "Show TV" televiziya kanalına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri PKK düşərgələrini bombalayandan sonra terrorçular Irana yox, Ermənistana üz tutublar. Bu məlumatı Israil xüsusi xidmət orqanları da təsdiqləyib. PKK rəhbərliyinin qərarına əsasən, Azərbaycanın işğal altındakı Füzuli və Laçın rayonları terrorçular üçün mərkəz seçilib.

Azadlıq, 16 fevral 2008-ci il
http://www.azadliq.az/index.php?subaction=showfull&id=1203125360&archive=&start_from=&ucat=2

No comments: