Bağır Xanın abidəsini ziyarət azərbaycanlı din adamına baha başa gəldi
İran Azərbaycanının tanınmış ruhani fəallarından Höccətül-İslam Əbdüləziz Əzimi Qədim ruhanilərlə məxsus inqilab məhkəməsi tərəfindən bir il həbsə məhkum edilib. Məhkəmə qərarında müttəhimin 2 il əvvəl çıxarılmış hökmə riayət etmədiyinə görə cəzalandırıldığı göstərilib.
Qeyd edək ki, dünənki sayımızda cənab Əzimi Qədimin 10 il müddətinə ruhani paltarı geyməkdən məhrum edildiyini bildirmişdik. "Savalansesi" saytının məlumatına görə, indiyədək dəfələrdə cənab Əzimi Qədimdən ruhani paltarını atmaq tələb olunsa da, o, bu kimi qadağalara məhəl qoymayıb.
Qeyd edək ki, Əzimi Qədim İran Məşrutə İnqilabının ildönümü münasibətilə Təbrizdə İnqilab rəhbərlərindən Bağır Xanın abidəsi qarşısında keçirilən mərasimə qatıldığı üçün 2 il əvvəl həbs edilmişdi. Üç ay həbsdə saxlandıqdan sonra 1 il həbs, Azərbaycan əyalətlərindən ölkənin digər yerlərinə sürgün edilmə və 10 il müddətinə ruhani paltarından məhrum olunma cəzasına məhkum edilmişdi. Lakin o, 6 ay həbsdə saxlanıldıqdan sonra girov şərti ilə azadlığa buraxılmışdı.
Cavid TURAN

Yeni Müsavat, 06.02.2008 [09:36]
http://www.musavat.com/site/shownews.php?news_id=30434 |
No comments:
Post a Comment